Brno trasında şənbə günü baş tutan sıralama turunun birinci sessiyası günəşli hava şəraitində start götürüb.
Birinci sessiyada ilk olaraq ən sürətli dövrəni atan sürücü Fabio Di Cannanantonio (1:53.131) olub. Onun ardınca isə Pol Esparqaro ikinci nəticəni göstərib.
Daha sonra Françesko Banyaya 1:52.715-lik dövrə ilə zirvəyə yüksəlib. Raul Fernandes isə cəmi 0.060 saniyə geridə qalaraq ikinci sessiyaya vəsiqə qazanan digər pilot olub.
İkinci sessiya başladıqdan sonra ilk sürətli dövrə Mark Markesdən gəlib — 1:52.522. Lakin çox keçmədən Fransesko Banyaya 1:52.303-lük nəticə ilə liderliyi ələ keçirib.
Bu anda Marko Bezzekki qəza edərək baryerlərə çırpılıb və sessiyanı erkən başa vurub.
Sessiyanın son cəhdlərinə çıxan Mark Markes poul mövqeyinə çox yaxın olsa da, lakin 13-cü döngədə qəza edərək dövrəsini tamamlaya bilməyib. Eyni anda Cek Miller və Yohan Zarko da yıxılaraq Markesi izləyiblər.
Beləliklə, poul mövqeyi Fransesko Banyayaya gedib.
Şərh əlavə et