Xəbəri Kokpitdə Oxuyun!

İtaliyada Şumaxer Tribunası yaradılacaq

Formula 1 azarkeşləri üçün xüsusi Mixael Şumaxer təcrübəsi – İtaliya Qran Prisində azarkeşlərə Şumaxer Lojası (Schumacher Suite) təqdim olunur.

Kokpit.az bildirir ki, FOM əfsanəvi sürücü Mixael Şumaxerin azarkeşlərini sevindirəcək xüsusi bir təcrübə təqdim edir. İtaliya Qran Prisi zamanı tamaşaçılar Şumaxer Tribunası adlı eksklüziv zonaya bilet əldə etmək imkanı qazanacaqlar.

Bu təşəbbüs Mixael Şumaxerin irsini qorumağa həsr olunmuş xüsusi bir komanda tərəfindən təşkil olunub. Paketə əsas tribunada ayrılmış yerlər, səhər yeməyi, nahar və açıq bar daxil olmaqla tam xidmət göstərən xüsusi lounge zonasına giriş, eləcə də yeddiqat dünya çempionunun karyerasına həsr olunmuş silsilə tədbirlər daxildir.

Bu unikal təcrübədə iştirak etmək istəyən həvəsli azarkeşlər 3 günlük giriş biletlərini 4,916 avro qarşılığında əldə edə bilərlər. Avtoidman həvəskarları üçün bu, unudulmaz bir hadisə və Şumaxerə həsr olunmuş nadir fürsət olacaq.

Rauf Hacıyev

Şərh əlavə et