Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-də struktur dəyişə bilər

İtaliyanın nüfuzlu nəşri Corriere dello Sport yazır ki, Ferrari rəhbərliyi komandanın idman nəticələrinə təsir göstərmək üçün yenidən inzibati resurslardan istifadə etməyə çalışır.

Hazırda komanda rəhbəri Frederik Vassyörün vəzifədən uzaqlaşdırılması gündəmdə olmasa da, ona nəzarətçi təyin olunması planlaşdırılır. Bu model McLaren komandasındakı struktura bənzəyir: Orada McLaren Racingin başçısı Zek Braun Formula 1 də daxil olmaqla bir neçə idman layihəsinə rəhbərlik edir, lakin  Formula 1 komandasına Andrea Stella cavabdehdir.

Hazırda Scuderia Ferrari-də ənənəvi idarəetmə sxemi mövcuddur – komanda rəhbəri Frederik Vassyör birbaşa olaraq icraçı direktor Benedetto Vinya və prezident Con Elkan­na hesabat verir.

İddialara görə, Elkan istəyir ki, Vassyörlə Vinyanın arasında vəzifə yaratsın və bu şəxs birbaşa rəhbərliyə də yaxın olsun. Məqsəd Formula 1 komandası ilə Ferrari rəhbərliyi arasında əlaqələndirici şəxs yaratmaqdır.

Bu vəzifənin kimə həvalə ediləcəyi hələlik məlum deyil.

Rauf Hacıyev

Şərh əlavə et