Xəbəri Kokpitdə Oxuyun!

Çexiyadakı yağış da Markesi dayandıra bilməyib

MotoGP üzrə Çexiya Qran Prisində yağış səbəbindən gecikən ikinci sərbəst yürüşlərdə Mark Markes ən sürətli pilot olub.

Sessiyadan əvvəç Moto2 yürüşü güclü yağış səbəbilə qırmızı bayraqla dayandırılıb və MotoGP sessiyası təxminən 20 dəqiqə gecikmə ilə başlayıb. Zaman keçdikcə hava yaxşılaşıb, günəş üzünü göstərib və trasın bəzi hissələri qurumağa başlayıb. Buna baxmayaraq, trasa tam quru təkərlərlə çıxmaq riskli hesab edildiyindən, pilotlar sessiyə ərzində yağış təkərlərindən istifadə ediblər.

Sessiyanın sonuna yaxın bəzi sürücülər Soft arxa yağış təkərini Medium tərkiblə əvəzləyib. Bu dəyişikliyi edənlər arasında Pol Esparqaro, Cek Miller, Xoan Mir, Aleks Rins, Fabio Kuartararo və Markes qardaşları da olublar.

Günün ilk sessiyasında tras limitlərini aşdığı üçün sürətli dövrəsi ləğv olunan Xorxe Martin bu dəfə Aprilia ilə ilk dəfə sessiya liderliyinə yüksəlib və ilk altılıqda qərarlaşıb. Marco Bezzekki isə qısa müddətlik liderliyi ələ almasına baxmayaraq, 4-cü döngədə yıxılıb. Buna baxmayaraq, o, dördüncü yerini qoruya bilib.

Sessiyanın gedişində Xoan Mir və Fabio Kuartararo liderliyi bir Marc Markes sessiyanın ortasında atdığı dövrə ilə zirvəni yenidən ələ alıb.

Keçən həftəsonu Zaksenrinqdəki sıralanma turunda Markesi geridə qoyan Yohan Zarko bu sessiyada da tempini artıraraq Markesin işini çətinləşdirib.

Sessiyanın ən dramatik anlarından biri isə çempionatın ön sıralarında olan pilotlar — Aleks Markes və Francesko Banyaya üçün yaşanıb. Hər iki sürücü ilk onluğa düşməkdə çətinlik çəkiblər. Aleks Markes keçirdiyi qəzadan sonra ehtiyat motosikletinə keçərək, son cəhdində 9-cu yerə yüksəlib və sıralanma turunda birbaşa ikinci sessiyaya vəsiqə qazanıb.

Ancaq Francesko Banyaya nəticəsini inkişaf etdirə bilməyib və 13-cü yerlə razılaşıb. Bu isə o deməkdir ki, italyan sürücü şənbə günü sıralanma tiruna ikinci sessiyadan qatılacaq.

Rauf Hacıyev

Şərh əlavə et