Xəbəri Kokpitdə Oxuyun!

Çexiyada Markes son anda yaxşı başlayıb

MotoGP üzrə Çexiya Qran Prisinin ilk sərbəst yürüş sessiyasını Mark Markes lider olaraq başa vurub.

Pit yolu açıldıqdan sonra həftəsonu rəsmi olaraq start götürüb. Sessiyanın ilk dəqiqələrində Marko Bezzekki çınqıllı sahəyə çıxıb, Mark Markes isə texniki problemlərlə üzləşib.

İlk sürətli dövrəni atan pilot Yohan Zarko olub. Ardınca Françesko Banyaha və Cek Miller ikinci və üçüncü yerləri tutublar. Bir neçə dəqiqə sonra Miller liderliyi ələ alıb.

Ai Oqura 3-cü döngədə qəza edib. Sessiyanın bitməsinə 10 dəqiqə qalmış Fabio Kuartararo protokollarda zirvəsinə yüksəlib. Pol Esparqaro ikinvi olub. Ancaq çox keçmədən Esparqaro Kartararonu cəmi 0.026 saniyə fərqlə geridə qoyub.

Sessiyanın son dəqiqələrində MarkMarkes əla dönüş edərək, 1:55.324-lük dövrəsi ilə birinci yerə yüksəlib. Daha sonra dövrəvi nəticəsini yaxşılaşdırsa da, bu dövrə ləğv edilib və Cek Miller 1:55.221-lik nəticə ilə Markesi geridə qoyub. Lakin Markes son cəhdində vaxtını daha da yaxşılaşdıraraq zirvəni geri alıb.

Nəticədə ilk sərbəst yürüş sessiyasının qalibi 1:54-lük dövrə ilə Mark Markss olub.
Cek Miller ikinci, Francesko Banyaya isə üçüncü yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et