Xəbəri Kokpitdə Oxuyun!

Jul Byankinin ölümündən 10 il keçir

Bu gün – 17 iyul 2025-ci il. Bütün Formula 1 Dünyası fransız sürücü Jul Byankinin vəfatının 10-cu ildönümünü yad edir. Gənc və istedadlı sürücü 2015-ci ilin bu günü Nitsa xəstəxanasında dünyasını dəyişmişdi. O, 2014-cü ilin Yaponiya Qran Prisində ağır kəllə-beyin travmalarına görə xəstəxanada yatırdı.

Kokpit.az xatırladır ki, 2014-cü il 5 oktyabrında Suzukada baş tutan yağışlı yarışda Jul Byanki təxliyə maşını ilə toqquşmuş və kəllə-beyin travması almışdı. O, 9 ay komada qaldıqdan sonra dünyasını dəyişmişdi. Beləliklə, 1994-cü ilin İmola trasındakı faciədən sonra bu, Formula 1-də yaşanan ilk ölümcül hadisə kimi tarixə düşmüşdü. Həmin faciəvi İmola həftəsonunda Roland Ratsenberger və Ayrton Senna dünyalarını dəyişmişdilər.

Julun başına gələnlər avtoidman icmasında dərin hüznlə qarşılanmışdı. Aradan illər keçsə də, bu gün çoxları onu xatırlayır. Cadillac komandasının rəhbəri Qrəm Loudon da  sosial şəbəkədə etdiyi paylaşım ilə Byankini yad edib.

Qrim Loudon: “Bu gün biz dostumuz #JB17-ni xatırlayırıq. Amma başqa bir günü də xatırlayırıq – 2014-cü ilin Britaniya Qran Prisində Jul 12-ci yeri tutmuşdu. Həmin sıralanma turunda hər iki Ferrari, hər iki Williams, hər iki Sauber və hər iki Caterham maşınını qabaqlamışdı”.

Jul Biankinin xatirəsi hələ də Formula 1 azarkeşlərinin və sürücülərinin qəlbində yaşayır. Onun itkisi idman aləmi üçün dərin və ağrılı bir xatirə olaraq qalır.

Rauf Hacıyev

Şərh əlavə et