Xəbəri Kokpitdə Oxuyun!

Ferrari çəkiliş gününü bitirib

Ferrari komandası dünən Mucelloda mövsüm ərzində reqlamentə uyğun olaraq icazə verilən ikinci çəkiliş gününü keçirib. Lakin bu dəfə əsas məqsəd sadəcə promo görüntüləri yox, SF-25 bolidinin yeni arxa asılqan sistemini test etmək olub.

Testlərdə komandanın əsas pilotları Şarl Lekler və Lyuis Həmilton iştirak ediblər. Onlar texniki qaydalara uyğun olaraq maksimum 200 kilometr məsafə qət ediblər və bu müddətdə dəyişdirilmiş bərkidilmə nöqtəsinə sahib olan yeni arxa asılqanı ilk dəfə sınaqdan keçiriblər.

Ferrari mühəndisləri bu həllin bolidin asılqan hündürlüyündəki dəyişikliklərə daha az həssas olmasını və ümumi effektivliyin artmasını təmin edəcəyini gözləyirlər. Yeni asılqan sistemi gələn həftə keçiriləcək Belçika Qran Prisində debüt edəcək.

Komanda həmçinin bildirmişdi ki, iki həftə sonra həm Leklerin, həm də Həmiltonun şikayət etdiyi sükan sistemindəki dəqiqlik problemini də aradan qaldırılacaqlar.

Mucellodakı testlər Ferrari-yə bolidin müxtəlif şəraitlərdə, o cümlədən sürətli və uzun düzlüklərdə davranışını qiymətləndirməyə imkan verir. Bu isə asılqanın hündürlüyündən asılı olaraq bolidin altlığından gələn aerodinamik yüklənmənin dəyişdiyi mühüm sahələrdə mühəndislərə faydalı məlumatlar təqdim edir.

Rauf Hacıyev

Şərh əlavə et