Xəbəri Kokpitdə Oxuyun!

MotoGP-də antirekord təkrarlanıb

MotoGP tarixində nadir hallarda rast gəlinən hadisə 2025-ci ilin Almaniya Qran Prisində yaşanıb. Yarışı yalnız 10 sürücü tamamlayıb. Bu nəticə ilə finişə 2011-ci ilin Avstraliya Qran Prisi ilə eyni sayda sürücü çatıb və MotoGP dövrü üçün antirekord təkrarlanıb.

MotoGP dövrünün başladığı 2002-ci ildən bəri yalnız 2011-ci ilib Filip Aylənd yarışında bu qədər az sayda sürücü finişə çatıb. Həmin vaxt yarışa 17 sürücü qeydiyyatdan keçmiş, onlardan üçü – Xorxe Lorenso, Damian Kadlin və Ben Spays – həftəsonu baş verən qəzalar səbəbilə yarışdan çəkilmişdu. Nəticədə starta çıxan 14 sürücüdən 10-u finişə çata bilmişdi.

2025-ci il Almaniya Qran Prisində isə 18 sürücü yarışa başlayıb və yalnız 10-u finiş xəttini keçə bilib. Bu da nisbət baxımından əvvəlki rekordu geridə qoyub.

MotoGP-dən öncəki dövrlərdə isə daha ekstremal hallara da rast gəlinib. 1974-cü il Qərbi Almaniya Qran Prisində, yalnız 4 sürücü yarışı tamamlayıb. Nürburqrinq Nordşlayfda keçirilən yarışda 7 sürücü starta çıxmış, qalib isə Yamaha pilotu Edmund Çihak olmuşdu

Sürücülərin çoxu niyə yarışı tamamlaya bilməyib?

Mübarizəni dayandırab 8 sürücünün əksəriyyəti Zaksenrinq trasının 1-ci dövrəsində ardıcıl baş verən qəzaların qurbanı olub. Pedro Akosta yarışın əvvəlində –  2-ci döngədə yıxılıb, Migel Oliveyra isə trasın fərqli hissəsində qəzaya uğrayıb.

Xoan Mir isə Trackhouse Aprilia komandasının sürücüsü Ai Oqura ilə toqquşaraq çınqıllığa çıxıb və hər iki sürücü yarışa davam edə bilməyib.

Yarışa az sayda sürücü qatılıb

Bu yarış həm də mövsümün ən az iştirakçılı MotoGP yarışı olub. Adətən yarışıa 22 sürücü çıxsa da, bu dəfə 18 sürücü iştirak edib.

Dörd sürücü yarışdan öncə geri çəkilməli olub:

  • Somkiat Çantra – məşqdəki qəza səbəbilə
  • Enea Bastyanini – apandisit əməliyyatı səbəbilə
  • Maverik Vinyales və Franko Morbidelli – şənbə günü yağışlı sprint yarışında qəza edib zədələndiklərinə görə

Rauf Hacıyev

Şərh əlavə et