Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Hülkenberq 5 pilotdan biridir

Niko Hülkenberq Formula 1-də debütünü 2010-cu ildə etmiş və o vaxta qədər gənclər seriyalarında böyük uğurlar qazanmışdı. 2005-ci ildə Almaniya Formula BMW çempionu olmuş, 2007-ci ildə A1GP titulunu əldə etmiş, bir il sonra Avropa Formula 3 seriyasını qazanmış və 2009-cu ildə GP2 (indiki Formula 2) çempionu olmuşdu.

Lakin bu uğurları Formula 1-də təkrarlaya bilmirdi. Bir tərəfdən Hülkenberqin sürdüyü maşınlar kifayət qədər rəqabətədavamlı olmayıb, digər tərəfdən isə bəzi hallarda özü səhvlərə yol verib, bəzən isə günahsız olduğu insidentlərin qurbanı olub.

Keçən həftəsonu isə Niko Hülkenberq üçün uzun zamandır gözlənilən an baş verib – o, Silverstounda keçirilən Britaniya Qran Prisində ilk dəfə olaraq podiuma yüksəlib. Bu, alman pilotun Formula 1-dəki 239-cu yarışında baş verib.

Karlos Sayns  Hülkenberqlə 2017 və 2018-ci illərdə Renault-da komanda yoldaşı olmuş pilotlardan biri kimi, onun uğuruna səmimi sevinənlərdəndir: “İllərlə insanlar onun lənətləndiyini deyirdilər, guya heç vaxt podiuma qalxa bilməyəcək. Amma mənim üçün bu statistikanın heç bir əhəmiyyəti olmayıb. Çünki mən çoxdan hesab edirəm ki, Niko çempionatın ən güclü beş sürücüsündən biridir.

O, əla sürücüdür, çox istedadlıdır və kimin diqqətlə izləməyə səbri varsa, onun trasda necə işlədiyini görüb heyran qalar. O, həqiqətən də yarış sənətinə mükəmməl yiyələnib. Və mən onun adına çox sevinirəm”.

Rauf Hacıyev

Şərh əlavə et