Xəbəri Kokpitdə Oxuyun!

Drive Show Baku-da qaliblər məlumdur

Bu il dördücüsü təşkil olunan Drive Show Baku başa çatıb. Burada iki kateqoriya üzrə Time Attack yarışları və tuninq maşınların müsabiqəsi keçirilib. 

Kokpit.az bildirir ki, Test və Təlim Mərkəzində keçirilən tədbir həm iştirakçılar, həm media, həm də azarkeşlər cəhətdən böyük marağa səbəb olub.

Əvvəlcə trekə drift sürücüləri çıxıblar. Onlar möhtəşəm şou ilə Test və Təlim Mərkəzinə toplaşan izləyiciləri feyziyab ediblər. Daha sonra isə Time Attack yarışları üçün sürücülər trasa çıxıblar.  Burada pilotlar iki kateqoriya üzrə mübarizə aparıblar – A Klass (300-400 at gücü) və B Klass (400-600 at gücü).

A Klass kateqoriyasında birinci yeri Subaru-su ilə Azad Hüseynov tutub. B Klass kateqoriyasında isə birincilik BMW ilə çıxış edən Rəhman Şıxəliyevə gedib. Bununla da Rəhman ardıcıl ikinci il Drive Show Bakunun qalibi olub. O, eyni zamanda Test və Təlim Mərkəzi trekinin rekordunu qırıb.

Tuning Car-ların müsabiqəsində isə maraqlı namizədlər çox olub. Burada birinci yeri Hyundai Genesis Coupe ilə Fariz Məmmədov tutub.

Xatırladaq ki, Drive Show Baku tədbirinin əsas məqsədi avtoxuliqanlığın qarşısını almaqdır. Belə ki, bərk sürmək istəyən sürücülər Drive Show Baku tədbirinə gələrək, məharətlərini göstərə və sözün əsl mənasında qurdlarını öldürə bilərlər.

Rauf Hacıyev

Şərh əlavə et