Kokpit.az bildirir ki, ispaniyalı sürücü yarışa pouldan başlayıb və ilk döngədə liderliyi qoruyub. İkinci dövrədə Lorenso Savadori qəza edərək sarı bayraqlara səbəb olub.
Di Cannantonio 12-ci döngədə Marko Bezzekkini keçib və ikinci yerə yüksəlib. Ardınca Aleks Marquez də sürətlənib və o da Bezzekkini geridə qoyaraq, üçüncü yerə çıxıb. Ancaq Bezzekki əks hücumla yerini geri alıb.
Bu vaxt Migel Oliveyra və Pedro Akosta qəza edərək geriləyib. Ducati komandasının sürücüsü Francesko Banyaya bu fürsətdən istifadə edib və beşinci yerə yüksəlib.
Daha sonra Di Cannantonio 1-ci döngədə qəza edərək yarışdan kənar qalıb. Eyni döngədə Yohan Zarko da qəza edərək mübarizəni dayandırıb.
Bu dəfə yarışı ikinci pillədə davam etdirən Bezzekki də qəza edərək yarışa vida edib. Aleks Markes ikinci yerə, Françesko Banyaya isə üçüncü yerə yüksəlib. Mark Markes isə fərqi açaraq liderliyini davam etdirib.
Ai Oqura, Xoan Mir və Lorenzo Savadori də yarışda qəza ediblər. Savadori sarı bayraq altında qəza etdiyi üçün araşdırılmağa başlanılıb.
Beləliklə, 30 dövrəlik yarışı Mark Markes qazanıb, Aleks Markes ikinci, Françeski Banyaya isə üçüncü olub. İlk beşliyi Fabio Kuartararo və Fermin Aldequer tamamlayıb.
Şərh əlavə et