Xəbəri Kokpitdə Oxuyun!

D’Ambrozio: Maşın sürücülərə görə yığılmır

Ferrari-də komanda rəhbəri olan Frederik Vassyörün köməkçisi Jerom D’Ambrozio 2025 və xüsusilə də 2026-cı il mövsümü üçün hazırladıqları bolidin inkişaf prosesi barədə mühüm açıqlamalar verib.

Belçikalı mütəssis Avstriya Qran Prisi zamanı təqdim olunan altlıq yeniliyinin gözlənilən nəticələri verdiyini deyib: “Trasda gördüklərimiz göstərdi ki, gətirdiyimiz yeniliklər gözləntilərimizə uyğundur. Aerodinamik yüklənmə və performans baxımından kiçik, lakin aydın inkişaf əldə etdik. Artıq cümə günündən etibarən toplanan məlumatlar bu istiqamətdə idi”.

D’Ambrozionun sözlərinə görə proses CFD (rəqəmsal axın simulyasiyası) mərhələsindən başlayır. Daha sonra aerodinamik boru, daha sonra isə tras testləri ilə tamamlanır: “Əvvəlcə aerodinamik boru ilə olan uyğunluğa diqqət yetiririk. Bu çoxpilləli təsdiqləmə prosesidir. Son addım trasdlr və orada da istədiyimiz nəticəni əldə etdik”.

“Pilot ətrafında maşın inşa edilmir”

Pilotların bolidin hazırlanmasında nə dərəcədə rol oynadığın barədə danışan D’Ambrozio bildirib ki, Lekler və Həmilton arasındakı fərqli tərzlərə baxmayaraq, ümumi inkişaf istiqamətinin dəyişməyib: “Şarl bir neçə yarış ərzində daha çox arxa tərəfdə sürüşmə meyilli sazlanma ilə yaxşı nəticələr aldı. Lyuis də bu istiqamətə doğru addımlar atır. Amma ümumilikdə bu maşınlar çox həssasdır və pilotlar müəyyən çərçivədə onu idarə edə bilmək bacarığına sahib olmalıdır.

Pilotların geribildirimləri təbii ki, dinlənir. Amma baza daxilində keçirilən iclaslarda onların tələbləri çox zaman bir-birinə bənzəyir. Burada əsas məsələ maksimum asfaltayatma qüvvəsini hədəfləyən inkişaf prosesi ilə sürücünün tələbləri arasında balans yaratmaqdır”.

Ferrari-nin 2026-cı il maşını üzərində çalışan texniki heyətin rəhbəri Loik Serra ilə bağlı danışan D’Ambrozio bildirib ki, obyektiv məlumatlara əsaslanan bir iş metodunun tətbiq edirlər: “Loik və komanda 2026-cı il üçün ən sürətli maşını hazırlamaq üzərində çalışır. Burada obyektiv məlumatlarla işləyirik. Daha sonra isə pilotların bu maşına uyğunlaşmasını təmin edən ikinci mərhələyə keçirik. Lyiis ilə keçmişdən gələn əlaqə var və bu, ünsiyyəti asanlaşdırır. Amma Loikin Şarl ilə də çox güclü əlaqəsi var”.

D’Ambrozio sonda “Ferrari maşını Həmilton üçün qurulur” kimi şaiyələrə də cavab verib: “Maşının hansısa bir pilot ətrafında formalaşdırıldığını demək düzgün olmazdı. Bu bolidlər həmişə maksimum performans və aerodinamik səmərəlilik üçün inşa edilir. Pilotların verdiyi geribildirimlər əhəmiyyətlidir, lakin əsas məsələ inkişaf prosesidir. Trasda gördüyümüz nəticələr bu prosesin bir əksidir. Biz də bu prosesi əsas götürürük”.

Rauf Hacıyev

Şərh əlavə et