Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Fittipaldi F2-də yarışacaq

Formula 2 komandası AIX Racing 2026-cı il mövsümü üçün heyətindəki ilk pilotu açıqlayıb. Komandanın heyətinə tanınmış soyadı daşıyan yeni sürücü qoşulacaq – Formula 1 üzrə ikiqat Dünya Çempionu Emerson Fittipaldinin oğlu Emerson Fittipaldi Jr. gələn ildən etibarən F2-də debüt edəcək.

Kokpit.az bildirir ki, 18 yaşlı braziliyalı sürücü 2025-ci il mövsümündə Avropa Formula 3 çempionatında iştirak edir. Mövsümün dörd mərhələsindən sonra o, bir dəfə podiuma yüksələ bilib və turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.

Gənc Emerson Fittipaldi debütü barədə bunları deyib: “Formula 2-də çıxış etmək fürsətini səbirsizliklə gözləyirəm. Qarşıda məni böyük öyrənmə prosesi gözləyir. Dünyanın ən yaxşı sürücülərinə qarşı yarışacağam və onlarla eyni trasda olmaq mənim üçün böyük şərəfdir. Hər gün və hər həftə yeni nələrsə öyrənməyi gözləyirəm”.

Bu addımla AIX Racing 2026-cı il mövsümü üçün hazırlıqlara ilk başlayan komanda olub.

Rauf Hacıyev

Şərh əlavə et