Xəbəri Kokpitdə Oxuyun!

Almaniyada poul Markesindir

MotoGP üzrə Almaniya Qran Prisinin sıralama turunda yağışa baxçayaraq, ən sürətli nəticəni Mark Markes göstərib.

Kokpit.az bildirir ki, ispaniyalı pilot 1:27.811-lik nəticə ilə poul qazanıb və yarışa birinci yerdən başlayacaq.

Birinci sessiyadan mübarizəyə qoşulan və ikinci sessiyaya yüksələn LCR Honda komandasının pilotu Yohan Zarko isə Markesdən 0,151 saniyə geridə qalıb və ikinci yeri tutub.

İlk cərgəni tamamlayan sonuncu pilot Aprilia-dan Marko Bezzekki olub. O, 1:28.232-lik nəticə ilə üçüncü yerə yerləşib.

İkinci start cərgəsində Franko Morbidelli, Pedro Akosta və Aleks Markes yer alıblar. İlk onluğu Fabio Quartararo, Fabio Di Canantonio, Cek Miller və Bred Binder bağlayıblar. Turnir cədvəlində üçüncü yerdə olan Françesko Banyaya yağıntılı şəraitdə istədiyi tempi tapa bilməyib və 11-ci nəticə ilə kifayətlənib.

Sessiyanın əvvəlində yıxılan Maverik Vinyales motosikletini vaxtında bərpa edə bilməyib. Nəticədə o, dövrəvi nəticə göstərmədən 12-ci yerlə razılaşıb.

Zarko, birinci pitə girmədən yarış tempində işləyib və ritmini ikinci sessiyaya daşıyaraq, poul uğrunda ciddi mübarizə aparıb, amma Markesin arxasında qalıb.

Rauf Hacıyev

Şərh əlavə et