Xəbəri Kokpitdə Oxuyun!

N.Pike: Maksın komanda yoldaşı Antonelli olacaq

Maks Ferstappenin qaynı Nelson Pike bildirib ki, niderlandlı sürücü Mercedes-lə danışıqlar aparır.

Kokpit.az xatırladır ki, son həftələrdə dördqat Dünya Çempionunun Mercedes komandasına keçəcəyi ilə bağlı dedi-qodular artıb.

Nelson Pike bildirib ki, Maks Ferstappenin Mercedes komandasına keçidi artıq açıq formada müzakirə olunur və bu, real bir ehtimaldır. Onun sözlərinə görə tərəflər arasında danışıqlar gedir və yalnız yekun müqavilə detalları üzərində razılaşma qalır: “Maksın gələn il üçün Mercedes-lə danışıqlar apardığı hamıya məlumdur. Sadəcə yekun müqavilə detallarında razılaşmaq qalır. Danışıqlar gedir”.

O əlavə edib ki, Maks Ferstappenin 2026-cı ildə Formula 1-də olacağı artıq dəqiqdir. Avqust ayına qədər qərar verilməlidir: ya müqavilə bağlanacaq ya da razılıq baş tutmayacaq. Nelson bu keçidi “çox maraqlı” adlandırıb.

Maksın bir il fasilə götürəcəyi ilə bağlı iddiaları isə Nelson inandırıcı saymayıb.

O həmçinin qeyd edib ki, əgər Ferstappen Mercedes-ə keçərsə, komanda yoldaşı qismində əsas namizəd Andrea Kimi Antonellidir: “Əgər Mercedes-ə getsə, onun komanda yoldaşı şübhəsiz ki, Antonelli olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et