Sessiyada ən sürətli nəticəni Ducati pilotu və çempionatın lideri Mark Markes göstərib.
İspaniyalı sürücü 1:20.372 saniyəlik nəticə ilə sessiyanı birinci yerdə tamamlayıb. O, ən yaxın izləyicisi Cek Millerə 0.109 saniyə fərq atıb. Xüsusilə Markesin bu nəticəni 22 dövrəlik təkərlərlə əldə etməsi komandada böyük təəccüb doğurub.
Son üç yarış həftəsonunda həm sprint, həm də əsas yarışları qələbə ilə başa vuran Markes, Zaksenrinqə 68 xallıq üstünlüklə lider kimi gəlib. Qardaşı Aleks Markesin zədəsi və əsas rəqiblərdən olan Françesko Banyayanın xal sıralamasında geriləməsi çempionluq mübarizəsində bu həftəsonunu həlledici edə bilər.
Sessiya boyunca yağış yağma ehtimalı olsa da, yürüş quru hava şəraitində keçirilib. Komandalar günün ikinci yarısında yağış ehtimalını nəzərə alaraq təkər strategiyalarını sürətlə formalaşdırmağa çalışıblar.
Yeni əməliyyat olunmuş Aleks Markes əlindən aldığı zədəyə baxmayaraq trasda olub. O, 19 dövrə vuraraq sessiyanı 14-cü yerdə başa vurub.
Fransız pilot Yohan Zarko sessiyanın əvvəlində birinci döngədə yıxılsa da, ciddi bir xəsarət almayıb və nəticədə dördüncü yeri tutub.
Şərh əlavə et