Sessiyanın sonunda Fabio Di Cannantonio 1:19.071 nəticə ilə günün ən sürətli pilotu olub və sıralanma turunda birbaşa ikinci sessiyaya yüksələn ilk onluğun zirvəsində yer alıb.
Ən böyük sürprizlərdən biri isə Gresini Ducati komandasının pilotu Aleks Markesdən gəlib. Əlindən aldığı zədəyə baxmayaraq o, 1:19.408-lik nəticə ilə həm fərdi rekordunu yeniləyib, həm də ikinci yerə yüksələrək yarışa hazır olduğunu göstərib.
Mark Markes sessiyanın böyük hissəsini birinci yerdə keçirsə də, son dəqiqələrdə üstünlüyünü itirib. Buna baxmayaraq, 1:19.461 zaman nəticəsi ilə üçüncü olub və yarış həftəsonuna güclü start verib.
Sessiya yağış gözləntisi ilə keçirilib. Sürücülər sarı bayraqlardan və hava şəraitindən təsirlənməmək üçün təkər strategiyalarını erkən tətbiq ediblər və dövrəvi nəticələrini sessiyanın əvvəlində vurmağa çalışıblar. Xüsusilə son 5 dəqiqədə sıralamada ciddi dəyişikliklər yaşanıb.
Yamaha komandasında isə Fabio Kuartararo əla performans göstərib. Fransız sürücü sessiyanı dördüncü yerdə tamamlayaraq sıralanma turumda birbaşa Q2-yə keçib. Komanda yoldaşı Aleks Rins isə ilk 10-luğa düşə bilməyib.
Günün diqqət çəkən performanslarından biri də Pedro Akostaya məxsus olub. KTM pilotu 1:19.560 zaman nəticəsi ilə beşinci olub. Franko Morbidelli və Marko Bezzekki isə ilk 10-luqda yer alıblar. Xüsusilə Bezzekki sessiyanın əvvəlində yıxılsa da, özünə gələrək, uğurlu nəticə göstərib.
Şərh əlavə et