Aprilia komajdasının sürücüsü o anları şəxsi YouTube kanalında videobloq şəklində izləyiciləri ilə bölüşüb.
Aprilia komandasının verdiyi məlumata görə, Martin bu həftənin çərşənbə günü (9 iyul) Misano trasında RS-GP ilə test keçirəcək. Bu test uğurlu olarsa, pilotun 18-20 iyul tarixlərində keçiriləcək Çexiya Qran Prisində – Brnoda start alma ehtimalı var.
26 yaşlı sürücü yarışa qayıdış prosesinin başlanğıcını keçən həftə Barselona trasında iki günlük testlə edib. Günəşli və isti hava şəraitində keçirilən test zamanı Martin Aprilia RSV4 motosikleti ilə trasa çıxaraq hazırlıqlarını davam etdirib.
Xorxe Martin: “Burada son dəfə çempion olduğum zaman yarışmışdım. Bu trasa yenidən qayıtmaq çox xoşdur. Dörd aydır ki, motosiklet sürmürdüm, bu il mənim üçün çətin keçir, amma qayıdırıq”.
İspan sürücü ilk günün sonunda təxminən 68 dövrə atdığını və özünü yarış bitirmiş kimi hiss etdiyini deyib: “Dörd dövrədən sonra özümü sanki yarış başa vurmuşam kimi hiss etdim. Hava çox isti idi. Təkərlərin temperaturu 60 dərəcəyə çatdı. Davam etsəydim, tamamilə tükənəcəkdim. Hədəfim nahara qədərə 70 dövrə vurmaq idi, lakin 35 dövrədən sonra dayanmaq daha ağıllı qərardır”.
Testin sonunda atası Anxel Martin, qardaşı Xavyer və texniki heyətlə birlikdə təhlil aparan Xorxe Martin bu sözləri əlavə edib: “Günü yekunlaşdırdıq. Çox xoşbəxtəm, çünki geri döndük. Bu dönüş üçün əla addım oldu. Gələn həftə MotoGP motosikletinə minəcəm. Mənim üçün çox həyəcanlı həftələr başlayır”.
Şərh əlavə et