Kokpit.az xatırladır ki, Qətər Qran Prisində baş verən qəza nəticəsində qabırğa zədəsi və pnevmotoraks keçirən Martin, ötən həftə Barselonada ilk dəfə yenidən motosikletə minib.
Bu uğurlu testin ardından Aprilia tərəfindən yayımlanan açıqlamada onun sağalma prosesinin müsbət istiqamətdə irəlilədiyi və son tibbi yoxlanışlardan sonra traslara dönüş üçün icazə verildiyi bildirilib.
30 iyun tarixində keçirilmiş sağlamlıq yoxlamasında Martinin qabırğa zədələrinin sağalması üçün iki həftəlik bir müddətin kifayət edəcəyi qeyd olunmuşdu. İndi isə həmin müddətin tamamlanması ilə Martin yenidən MotoGP motosikleti ilə məşqlərə başlamağa hazırlaşır.
Bu hal 20 iyulda keçiriləcək Almaniya Qran Prisindən əvvəl Dünya Çempionunun geri qayıdacağı ilə bağlı ümidləri artırmaqla yanaşı, 27 iyuldakı Brno Qran Prisində iştirak ehtimalını da gündəmə gətirib.
Aprilia ilə gələcəyi hələ də müzakirə olunan Martinin traslara dönüşü, komanda üçün strateji baxımdan da önəm daşıyır.
Martinin testdə göstərəcəyi performans onun Almaniya və Brno Qran Prilərində iştirak edib-etməyəcəyi ilə bağlı qərarda əsas rol oynayacaq.
Şərh əlavə et