Kokpit.az xatırladır ki, Silverstoun trasında ən çox qələbə qazanmış sürücü olan yeddiqat dünya çempionu yarışda dəyişkən hava şəraitində böyük çətinliklə üzləşib.
Yarışın sonlarına doğru Lyuis rəqibi Niko Hülkenberqə yaxınlaşaraq podium uğrunda mübarizə aparmağa çalışsa da, onu keçə bilməyib və yarışı dördüncü yerdə başa vurub.
Yarışdan sonra Lyuis Həmilton belə deyib: “Yarış boyu bolidi trasda saxlamaq çox çətin idi. Təkərlər xeyli yeyilmiş və performansını itirmişdi. Maşını sürmək olduqca çətinləşmişdi.
Amma bu gün çox şey öyrəndim. Çıxarılacaq dərslər var. Bu maşınla yaş trasda cəmi ikinci dəfədir sürürəm. Bu şəraitin nə qədər çətin olduğunu sözlə izah edə bilmərəm. Bu bolid belə şəraiti sevmir.
Yarışdan topladığımız məlumatlar çox önəmlidir. Mənim üçün əsas məsələ odur ki, bu məlumatlarla birlikdə oturaq və gələn ilin maşınını hazırlayan mühəndislərlə danışaq. Çünki bu boliddə olan bəzi xüsusiyyətlər gələn ilə daşınmamalıdır”.
Şərh əlavə et