Xəbəri Kokpitdə Oxuyun!

iPhone 17-nin dizaynı barədə yeni xəbər var

Apple şirkəti 2024-cü ilin sentyabr ayında təqdim edilməsi gözlənilən iPhone 17 seriyası ilə iPhone tarixində önəmli dizayn dəyişikliklərinə imza atmağa hazırlaşır

Ortaya çıxan son məlumatlara əsasən şirkət indiyə qədər yalnız Pro modellərdə təqdim etdiyi incə ekran çərçivələrini bu dəfə bütün modellərdə tətbiq edəcək.

Çin resursları xəbər verir ki, iPhone 17 seriyasına daxil olan bütün modellər ultra incə ekran çərçivələri ilə təchiz ediləcək. Beləliklə, yalnız iPhone 17 Pro və Pro Max deyil, sadə iPhone 17 modeli və onunla birlikdə gələcəyi gözlənilən iPhone 17 Air modeli də eyni dizayn dəyişikliyindən yararlanacaq.

Apple-ın bu dəyişikliklə ekran ölçüsünü artıraraq, cihazın fiziki ölçülərini dəyişmədən daha zərif və müasir görünüş əldə etməyi hədəfləyir.

Yeni ekran ölçüləri

İddialara görə iPhone 17 seriyası bu dörd modeldən ibarət olacaq:

iPhone 17 – 6.3 düym
iPhone 17 Air – 6.6 düym
iPhone 17 Pro – 6.3 düym
iPhone 17 Pro Max – 6.9 düym

Yeni “Air” modelinin iPhone 16 Plus-ın yerini alacağı, onun isə daha nazik çərçivələrlə və fərqli adla təqdim ediləcəyi gözlənilir.

Dinamik Ada tamamilə yenilənəcək

Məlumata görə, iPhone 17 modellərində Dinamik Ada interfeysi də tamamilə yenilənəcək. Bu dəyişikliklərin yalnız iPhone 17 seriyası üçün nəzərdə tutulduğu və iOS 26 əməliyyat sistemi ilə birlikdə istifadəyə veriləcəyi qeyd edilib.

Bəzi mənbələr Dinamik Adanın fiziki ölçüsünün kiçildilə biləcəyini iddia etsə də, bu texniki dəyişikliyin yalnız iPhone 18 Pro modellərinə saxlanıldığı ehtimal edilir. Hər halda, bu, Apple-ın 2022-ci ildə iPhone 14 Pro ilə təqdim etdiyi bu xüsusiyyətə ilk ciddi müdaxiləsi olacaq.

Nəticə

Hazırda əldə olunan məlumatlara əsasən, iPhone 17 seriyası həm dizayn, həm də funksional baxımdan iPhone istifadəçiləri üçün əhəmiyyətli yeniliklər vəd edir. Cihazların sentyabr ayında təqdim ediləcəyi, ön sifarişlərin isə bir neçə gün sonra baş tutacağı gözlənilir.

Apple-ın bu seriya ilə dizayn baxımından yeni dövrə qədəm qoyması ehtimal edilir.

Rauf Hacıyev

Şərh əlavə et