Kokpit.az xatırladır ki, britaniyalı pilot qızdırma dövrəsinin ardından pitə girərək quru hava üçün nəzərdə tutulmuş təkərləri götürüb.
Lakin bu riskli qərar gözlənilən nəticəni verməyib. Çünki həm bir neçə dəqiqə sonra təhlükəsizlik avtomobili trasa çıxıb, həm də yağış artmağa başlayıb.
Rassell yarışın növbəti dövrələrində yerində fırlanaraq yerlər itirib və ev trasında keçirilən yarışı 10-cu yerdə tamamlayıb.
Yarışdan sonra Corc Rassell belə deyib: “Yarışın əvvəlində pitə girmək axmaq qərar deyildi, çünki tras təxminən 25 dəqiqə quru qaldı. Əsas bilmədiyimiz şey bu müddətin 15 dəqiqəsinin virtual təhlükəsizlik avtomobili rejimində keçəcəyi idi
Virtual təhlükəsizlik avtomobili rejimi bitdikdən sonra, yağış təkərlərində olan sürücülərlə müqayisədə 5 saniyəlik üstünlüyümüz vardı.
Əgər bu müddət ərzində tam templə davam edə bilsəydik, bəlkə yenidən liderliyə yüksələcəkdik.
Amma yağış yağmağa başlayanda hər şey bir-birinin ardınca gəldi, bütün hadisələr əleyhimizə işləyirdi.
Yarışın əvvəlində riskə getməsəydik, sabit bir nəticə əldə edərdik. Yəqin ki, bu da dördüncülük olardı.
Hazırda “Kaş dördüncü olsaydım” deyirəmmi? Bəli. Amma biz cəsur olub risk almaq istədik.
Bu səbəbdən iddialı qərarlar verdik, amma bu qərarlar bizə baha başa gəldi”.
Şərh əlavə et