Pirelli-nin avtoidman direktoru Mario Izola yarışın bir pit-stopla qazanıla biləcəyini bildirsə də, ön təkərlərin yeyilməsi və dəyişkən hava şəraiti bu planı riskli vəziyyətə salıb.
Isola vurğulayıb ki, medium-hard təkər ardıcıllığı ilə tək pit-stop strategiyası nəzəri baxımdan iki pit-stoplu strategiyadan 2-3 saniyə daha sürətlidir. Amma bu plan zamanı sol ön təkərin həddindən artıq yeyilməsi ciddi risk yaradıb.
Bu səbəbdən bəzi komandalar daha təhlükəsiz olan iki pit-stoplu strategiyaya üstünlük verməyə başlayıblar.
McLaren, Red Bull, Ferrari, Mercedes, Alpine və Sauber komandaları ikinci Hard təkər dəstinə sahib olduqları üçün medium–hard–hard kimi daha sabit bir strategiyanı nəzərə alıblar.
Digər tərəfdən, Aston Martin, Williams, Racing Bulls və Haas komandaları yalnız bir Hard və bir Medium təkər dəsti ilə yarışa hazırlaşıblar, buna görə də medium–hard–soft kimi alternativlərə yönəlmək məcburiyyətində qalıblar.
Mario Izola yarışın son 10–14 dövrəsində Soft təkərlərin az yanacaq yüklü avtomobillər üçün faydalı ola biləcəyini qeyd edib. Lakin bu variantın Hard təkərlə kifayət qədər məsafə qət edildikdən sonra mümkün ola biləcəyini vurğulayıb.
Eyni zamanda, yarış günü üçün 60 faiz yağış ehtimalı hava şəraiti vəziyyəti daha da qərarsız hala gətirib və strategiyalara birbaşa təsir göstərib.
Izola bildirib ki, qurumaqda olan bir trasda Medium təkərlər Hard təkərlərlə müqayisədə daha yaxşı ilişmə verib və komandaların buna uyğun hərəkət etməsi vacib olub.
Şərh əlavə et