Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Çox qürurluyam

McLaren komandasının sürücüse Lando Norris Britaniya yarışında qazandığı qələbədən sonra heç vaxt olmadığı qədər qürurlandığını deyib.

Kokpit.az xatırladır ki, yarışa üçüncü yerdən başlayan Norris əvvəlcə ikinci yerdə olan Maks Ferstappeni keçib və daha sonra yarışın lideri olan komanda yoldaşı Oscar Piastrinin arxasına yerləşib.

Yarışın növbəti dövrələrində yağışın güclənməsi səbəbilə təhlükəsizlik maşını trasa çıxıb. Yarışın lideti Piastri təhlükəsizlik maşını rejimində qayda pozuntusu etdiyi üçün 10 saniyəlik cəza alıb.

Bu hadisə Norrisin liderliyə keçməsinə səbəb olub və britaniyalı pilot öz vətənində ilk Formula 1 qələbəsini qazanıb.

Lando Norris yarışdan sonra hisslərini belə ifadə edib: “Möhtəşəm idi! Bu, həmişə xəyalını qurduğum bir şey idi. Bu an həyatda əldə etmək istədiyim hər şeyin demək olar simvoludur.

Düşünürəm ki, çempionluq istisna olmaqla bundan daha yaxşı bir şey ola bilməz. Qürur, məmnunluq – hamısı bir yerdə…

Mənim üçün hər şeyin başladığı yer bura idi. Nəhayət ki, burada bir az bəxtim gətirdi.

İnanılmaz yarış oldu. Həmişəki kimi stresli idi, amma bu gün tribunadakı azarkeşlərin dəstəyi fərq yaratdı. Buna görə onlara minnətdaram.

Yarışdan əvvəl nə düşünürsənsə, yarış başlayanda beynin boşalır. Sadəcə bir qayda olur: “Heç nəyi korlama!”

Son bir neçə dövrədə sadəcə tribunalara baxırdım. Anın dadını çıxarmağa, hər şeyi içimə çəkməyə çalışdım. Çünki bu an bir daha yaşanmaya bilər. Amma ümid edirəm ki, yenə yaşanacaq! Nə olursa olsun, bu ömrüm boyu mənimlə qalacaq bir xatirədir. İnanılmaz bir uğurdur”.

Rauf Hacıyev

Şərh əlavə et