Kokpit.az xatırladır ki, britaniyalı sürücü Silverstoundakı sıralanma turunda beşinci yeri tutub.
Təcrübəli pilot bolidin balansından çox məmnun olduğunu, lakin poul uğrunda mübarizədə bəzi şanssızlıqlar yaşadığını deyib: “Olduqca yaxşı sıralanma turu idi. Ümumilikdə yaxşı həftəsonu keçiririk. Bolidin sazlanmaları və balansı baxımından özümü daha rahat hiss edirəm”.
Son döngəyə qədər ikinci yerə yaxın olduğunu bildirən Həmilton yüngül ilişmə problemi səbəbindən vaxt itirdiyini deyib: “Son döngəyə qədər ikinci yerdə gedirdim, lakin bir az ön tərəfdən sürüşmə yaşadım və bu da təxminən bir az vaxt itirməyimə səbəb oldu”.
Red Bull-un həmişə üçüncü sessiyada sürətli olduğunu deyən britaniyalı pilot, birinci sessiyadakı strategiyanın isə istənilən kimi işləmədiyini etiraf edib: “Birinci sessiyada yalnız bir dövrə atacaq qədər yanacaqla trasa çıxdıq və zamanlama səhv oldu. Bu böyük risk idi və yaxşı idarə olunmadı. Xoşbəxtlikdən ikinci və üçüncü sessiyada daha yaxşı çıxış etdik”.
Ferrari pilotu yarışda qələbə şansının az olduğunu desə də, əlindən gələnin ən yaxşısını etməyə çalışacağını söyləyib: “McLaren və Red Bull-u keçmək çox, həm də çox çətin olacaq, amma istək varsa, yol da var.
Əlimdən gələn hər şeyi verəcəyəm. Hal-hazırda olmaq istədiyim mövqedən bir qədər geridəyik, amma həm hava şəraiti, həm də bu möhtəşəm azarkeş dəstəyi ilə hər şey mümkündür”.
Şərh əlavə et