Bazar günü səhər gənclər seriyasının iştirakçılarını quru, lakin buludlu hava qarşılayıb – yarışın gedişində yağış ehtimalı olub. Starta bir neçə dəqiqə qalmış yağış başlayıb, buna görə qızdırma dövrəsi 5 dəqiqə təxirə salınıb. Bəzi pilotlar yağış təkərlərinə keçsə də, əksəriyyət quru təkərlərdə qalıb, çünki yağış tezliklə dayanıb, baxmayaraq ki, trasın bəzi hissələri artıq islanmışdı.
Start yerindən verilib və Marı Boya, yağış təkərləri ilə başladığı üçün liderliyi asanlıqla ələ alıb. Quru təkərləri seçənlər isə artıq birinci dövrədən etibarən düzgün seçim etmədiklərini anlayıblar. Poulun sahibi sahibi Nikola Çolov 14-cü, ikinci yerdən başlayan Uqo Uqocukvu 17-ci, çempionat lideri Rafael Kamara isə 19-cu yerə geriləyib.
Yağış davam edib, lakin quru təkərlərlə yarışan pilotlar hələ də pitə getməyiblər, çünki proqnoza əsasən yağışın dayanması gözlənilirdi. Bu arada Boya ardıcıl sürətli dövrələr fərqi artırıb, Nael isə arxasında olan Leona qarşı müdafiə olunub. Meksikalı pilot 3-cü dövrədə ən sürətli dövrəni göstərib. Yağış və quru təkərlər arasındakı fərq hər dövrədə təxminən 10 saniyə olub.
4-cü dövrədə Lorens van Höpen sprintin qalibi Tasanapol İntrafuvasaqı ötüb və 4-cü yerə yüksəlib. Növbəti dövrədə isə Tasanapolu Roman Biliński ötüb.
8-ci dövrədə quru təkərlə başlayan bəzi pilotlar pitə üz tutublar və yağış təkərlərini götürüblər. Bir dövrə sonra Kamara, Çolov, Uqocukvu, Stromsted və Hedli də təkər dəyişmək qərarına gəliblər, çünki yağış şiddətlənib.
11-ci dövrədə Lui Şarp son döngədə maşının idarəetməsini itirib və çınqıllıqda qalıb. Sarı bayraqlar çıxıb trasda təhlükəsizlik maşını rejimi başlayıb.
Lorens van Höpen beşinci yerdə gedərkən vaxtından tez starta görə 5 saniyəlik cərimə alıb. Yağış daha da şiddətlənib və Nikola Çolov trasdan çıxıb, amma çınqıllığa düşmədiyi üçün yarışa 21-ci olaraq qayıdıb. Eyni riskli an Kamara üçün də yaşanıb, amma o da trasda qalmağı bacarıb.
14-cü dövrədə yarış rəhbərliyi şəraitin təhlükəli olduğunu qərarlaşdırıb və qırmızı bayraqlarla yarış dayandırılıb. Pilotlar təhlükəsizlik maşınının ardınca pitə qayıdıblar.
15 dəqiqəlik fasilədən sonra yarışın bərpa olunmamasına qərar verilib və nəticələr 12-ci dövrənin sıralanmasına əsasən təsdiqlənib. Pilotlara yarım xal verilib.
Boya üçün bu mövsümdə ilk, karyerasında isə ikinci qələbə olub. Teofil Nael ikinci yer ilə mövsümdəki ən yaxşı nəticəsini təkrarlayıb. Noel Leon üçüncü olub və bu, onun 2025-ci il mövsümündə ilk podiumudur. Çempionatın liderləri Kamara, Tramnitz və Çolov xal qazana bilməyiblər.
Növbəti Formula 3 mərhələsi 25–27 iyul tarixlərində Belçikanın Spa trasında keçiriləcək.
Şərh əlavə et