Xəbəri Kokpitdə Oxuyun!

Z.Braun: Od olmayan yerdən tüstü çıxmaz

McLaren-in rəhbəri Zek Braun Maks Ferstappenin Mercedes-ə transfer olacağı ilə bağlı çıxan xəbərlər barədə danışıb.

Kokpit.az xatırladır ki, Maks Ferstappenin 2028-ci ilə qədər Red Bull-la müqaviləsi var. Lakin onun gələn il Mercedes komandasına keçəcəyi və Corc Rasselli əvəz edəcəyi deyilir.

McLaren-in rəhbəri Zek Braun isə bu xəbərləri dedi-qodu olduğunu düşünmür: “Od olmayan yerdən tüstü çıxmaz. Əgər hamı öz yerində qalmaq istəyirsə, bunu açıq formada deyər. Amma indi hamı danışır, amma heç kim qəti söz demir. Bu da göstərir ki, pərdə arxasında danışıqlar gedir.

Onsuz da bir müddət əvvəl “Maks Mercedes-ə getsə, təəccüblənmərəm” demişdim. Məncə, bu dedi-qoduların davamı gələ bilər. İzləmədə qalın”.

Maks Ferstappenin gedişi Red Bull üçün böyük zərbə ola bilər. Çünki Maks hazırda 155 xal toplayıb və Sürücülər Çempionatında iki McLaren pilotundan sonra üçüncü yerdədir. Əgər Maks olmasaydı, Red Bull indi Mühəndislər Kubokunda sonuncu yerdə idi.

Zek Braun bu barədə belə deyib: “Ferstappen olmasaydı, Red Bull Racing Bulls-dan geridə idi. Hazırda Maks Red Bull-u təkbaşına daşıyır”.

Rauf Hacıyev

Şərh əlavə et