Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri son cəhdindən narazıdır

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, sıralanma turundakı son cəhdindən razı qalmayıb.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Britaniya Qran Prisinin sıralanma turunda son cəhdlərdən əvvəl birinci yerdə idi. Lakin 22 yaşlı pilot son cəhdində ürəkaçan performans göstərə bilməyib və yekunda ikinci yeri tutub.

Oskar Piastri: “Son sessiyadakı ilk cəhdimdən razı idim. Necə bundan sürətli ola bilərəm deyə düşündüm, amma ola bilmədim. Son cəhdimdə qeyri-stabil çıxış etdim, ancaq bu həftəsonu nəticələr çox yaxındır. Sadəcə bir az vaxt itirdik.

Maşında bütün həftəsonu ərzində özümü yaxşı hiss etdim. Bəzən niyə sürətli deyilik deyə düşündük.

Bəzi döngə girişlərində bir az təmkinli davrandım. Döngə çıxışında isə bunu düzəltməyə çalışdım, amma alınmadı.

Bizi əyləncəli yarış gözləyir. Biz, Maks və Ferrari-lər arasında bərabər mübarizə var idi. Son anda Corc da ön pillələrə yüksəldi”.

Rauf Hacıyev

Şərh əlavə et