Kokpit.az bildirir ki, Martin ayrılacağı halda italyan komandası onun əvəzinə Enea Bastyaninini transfer etməyi düşünür. Hətta danışıqların başladığı da iddia edilir.
Hazırda həm Pramac Yamaha, həm də Aprilia Bastyanini ilə maraqlanır. İtalyan sürücü keçən ilin sonunda Ducati-dən ayrılaraq Tech3 KTM komandasına keçmiçdi. Lakin Enea yeni komandasında istədiyi kimi çıxış edə bilmir və eyni motosikleti sürən digər sürücülər – Maverik Vinyales, Bred Binder və Pedro Akostanın – gerisində qalır. Eneanın builki ən yaxşı nəticəsi Amerika Qran Prisində əldə etdiyi yeddinci yerdir.
Xorxe Martin-in Aprilia komandası ilə 2026-cı il üçün müqaviləsi var. Ancaq sonuncu Dünya Çempionu bildirib ki, onun müqaviləsində ayrılıq ilə bağlı xüsusi maddə var.
Aprilia-nın rəhbəri Massimo Rivola isə bu böhranın həll oluna biləcəyini düşünür.
Xorxe Martinin Almaniya Qran Prisində iştirak etməyəcəyi dəqiqdir. Lakin onun Brnodakı testlərdə sükan arxasına keçməsi gözlənilir.
Şərh əlavə et