Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Əhvalımız yüksəldi

Red Bull komandasının sürücüsü Maks Ferstappen Britaniya Qran Prisində poul qazandıqdan sonda bildirib ki, son dövrəsindən qalıb.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Silverstoundakı sıralanma turunda son cəhdində atdığı dövrə ilə birinci olub.

Maks Ferstappen: “Küləklə birlikdə işlər çətinləşdi. Külək davamlı yön dəyişdirirdi. Bu maşınlar belə dəyişikliklərə qarşı çox həssasdırlar. Amma son cəhdim çox yaxşı idi.

Bura əsl trasdır. Tam sürətlə getməlisiniz. Buna görə də tamamilə işinizə fokuslanmalısınız”.

Maks Ferstappen bazar günü yağış yağma ehtimalından da danışıb: “Düzlüklərdə çox sürətliyik. Görək sabah necə keçəcək. Yağış yağacaq ya yox? Bilmirik.

Sıralanma turundan çox razı qaldım. Komanda üçün də yaxşı haldır. Yarışmaq üçün səbirsizlənirəm. Əylənməyə çalışacağıq və əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et