Kokpit.az xatırladır ki, niderlandlı sürücü Britaniyadakı cümə sərbəst yürüşlərini beşinci yerdə bağlayıb. 27 yaşlı pilot bildirib ki, boliddəki balanssızlıq və küləyin təsiri səbəbilə effektiv sürüş edə bilməyib.
Maks Ferstappen cümə günü performansını belə dəyərləndirib: “Mənim üçün olduqca pis gün idi. Boliddə ümumiyyətlə heç bir balans yox idi. Döngədən-döngəyə çox çətin idi, ümumilikdə bizim üçün pis bir gün olduğunu düşünürəm”.
Küləyin sürüşə necə təsir etdiyi sualına Red Bull pilotu belə cavab verib: “Çox təsir etdi, amma bu əlbəttə bəhanə deyil, çünki hər kəs bununla mübarizə aparmaq məcburiyyətindədir. Asan deyil, amma hamı üçün eynidir”.
Boliddəki balanssızlıq barədə Maks Ferstappen belə deyib: “Elə də təəccübləndirmədi. Hər yarış həftəsonu fərqli ssenarilər olur. Buradakı küləklə birlikdə bolidimiz bu vəziyyətə qarşı olduqca həssas görünür. Ümumilikdə asan bir gün olmadı.
Bəlkə bəzi şeyləri düzəldə bilərik, amma maşında performans çatmır”.
Red Bull üçün Silverstoundakı həftəsonu gözləniləndən daha çətin başlayıb. Komandanın şənbə gününə qədər çıxış yolunu tapıb-tapmayacağı isə maraqla gözlənilir.
Şərh əlavə et