Xəbəri Kokpitdə Oxuyun!

L.Norris üçüncülükdən razıdır

McLaren komandasının sürücüsü Lando Norris öz vətənindəki sıralanma turunda üçündü yeri tutsa da, narazı deyil.

Kokpit.az xatırladır ki, Britaniyadakı sərbəst yürüşlərdən sonra hamı poul uğrunda mübarizənin McLaren və Ferrari komandalarının arasında gedəcəyini gözləyirdi. Lakin Maks Ferstappen əfsanəvi Silverstoun trasında mükəmməl dövrə vuraraq, poul qazanıb.

Cümə gününü zirvədə bağlayan Lando Norris isə sıralanma turunda üçüncü yerlə kifayətlənməli olub.

Britaniyalı sürücü nəticədən razı olduğunu bildirib: “Sıralanma turu yaxşı keçdi. Burada birinci yeri tutmağı çox istərdim, amma üçüncü yerdən narazı deyiləm.

Maks əla iş gördü. Bu gün yetəri qədər sürətli deyildik, amma yarış əyləncəli olacaq. Burada sıralanma turu sürətli və həzzverici keçir.

Çox kiçik fərqlər, xırda səhvlər var idi. Bir səhvlə çox şey dəyişə bilir.

Məncə, sabah əyləncəli keçəcək. Üçümüz arasında gözəl mübarizə olacağını düşünürəm. Hətta mübarizəyə Corc, Lyus və Şarl da qoşula bilərlər. Bizi maraqlı bazar günü gözləyir”.

Rauf Hacıyev

Şərh əlavə et