Kokpit.az xatırladır ki, niderlandlı sürücünün Mercedes-ə keçəcəyi ilə bağlı söz-söhbətlər günü-gündən artır.
Helmut Marko bu dedi-qodulara sərt reaksiya göstərib: “Maks heç kimlə müqavilə bağlamayıb və bağlaya da bilməz.
Bu söz-söhbətlər artıq əsəblərimi oynatmağa başlayır. Davamlı eyni suallar verilir. Biz də eyni cavabları veririk, çünki dəyişən heç nə yoxdur”.
Helmut Marko Red Bull-un digər sürücüsü Yuki Tsunoda ilə bağlı da danışıb: “Onunla mövsümün sonuna qədər yarışmağı planlaşdırırıq. Bu planda heç bir dəyişiklik yoxdur. Yuki və mühəndisləri ilə danışıqlar apardıq. O, Şpilberqdə özünə oxşamırdı. İstəyirik ki, özünə gəlsin. Buna görə də onun maşınında Maksdakı kimi sazlanmalardan istifadə edəcəyik. Ümid edirik ki, bu dəyişiklik onu sürətləndirər”.
Şərh əlavə et