Xəbəri Kokpitdə Oxuyun!

Britaniya-2025: Ferstappendən gözlənilməz poul

Silverstounda sıralanma turu həmişə mühüm hadisə sayılır. Məsələ təkcə trasın konfiqurasiyası səbəbindən ötmələrin çətin olması və start mövqeyinin böyük rol oynamasında deyil.

Hər kəs Silverstounda parıldamaq, Formula 1 və əksər komandalar üçün ev sayılan bu köhnə məktəb tipli sürətli trasda hamıdan sürətli dövrə vurmaq istəyir.

Məhz Silverstouna görə komandaların əksəriyyəti mövsümdəki son yeniliklərini hazırlayıblar – bəzi elementlər və hissələr ötən həftə Avstriyada görünməyə başlamışdı, lakin artıq bundan sonra tamamilə yeni heç nə olmayacaq. Yalnız əvvəlcədən planlaşdırılmış və istehsalda olan yeniləmələr gələcək.

Yenilikləri məşqlərdə sınaqdan keçirmək asan olmayıb. Güclü və dəyişkən külək səbəbindən hər dövrə fərqli alınıb və buna görə sıralanma turuna qədər qüvvələr nisbəti ilə bağlı bir çox sual açıq qalıb. Cümə günü keçirilən məşqlərdə Luis Həmilton və Lando Norris liderlik etmişdi, şənbə səhəri isə ən yaxşı nəticəni Şarl Lekler göstərmişdi.

Səmanı buludlar örtülüb, hava əvvəlki günə nisbətən xeyli sərin olub – bir çox komandalar bunu səbirsizliklə gözləyirdi, çünki təkərlərdən daha yüksək nəticə almağı ümid edirdilər.

Pirelli bu mərhələyə adət ediləndən daha yumşaq təkərlər gətirib – C2, C3 və C4 tərkibləri müvafiq olaraq Hard, Medium və Soft kimi təqdim olunub.

Birinci sessiyada bütün pilotlar Soft təkərlərlə trasa çıxıblar. Piastri ilk cəhdində 1:26.002 nəticə ilə protokola başçılıq edib. Sessiyanın sonuna səkkiz dəqiqə qalmış Kolapintonun maşını yerində fırlanıb, o trasdan çıxaraq çınqıl tələsindən keçib və baryerə toxunub.

Franko trasda hərəkətə davam edib və boksa doğru yavaş-yavaş gedib, lakin qısa müddət sonra dayanıb – maşının evakuasiyası üçün sessiya qırmızı bayraqlarla dayandırılıb. Bu zaman sessiyanın sonuna təxminən yeddi dəqiqə qalıb.

Fasilədən sonra pilotlar yenidən trasa çıxıblar və ən yaxşı nəticəni Ferstappen göstərib – 1:25.886. Ferrari Həmiltonun maşınına ikinci sürətli dövrə üçün kifayət qədər yanacaq doldurmayıb və o boksa qayıdıb, lakin 14-cü nəticə ilə növbəti mərhələyə keçib. Kolapinto ilə birlikdə Hülkenberq, Stroll, Bortoleto və Louson mübarizəni dayandırıblar.

İkinci sessiyada Ferstappen dərhal 1:25.316 nəticə ilə yeni referans təyin edib, lakin Piastri də eyni vaxtı təkrarlayıb, ardınca Norris bir qədər də sürətli olub – 1:25.231. İkinci cəhdində Luis Həmilton 1:25.084 nəticə ilə protokola başçılıq edib. Okon, Elbon, Hacar, Tsunoda və Sayns üçün sıralanma turu başa çatıb.

Son sessiyada Final sessiyada Piastri ilk cəhdində dövrəni 1:24.995-ə tamamlayıb və Həmiltonu saniyənin onda bir qədər qabaqlayıb – ilk beşlikdə nəticələr çox sıx olub. İkinci cəhdlərdə isə Ferstappen hamını üstələməyi bacarıb – 1:24.892.

Beləliklə, Maks Ferstappen mövsümdə dördüncü, keryerasında isə 44-cü poulunu əldə edib. Sabah yarışa onunla ən öndən çempionatın lideri Oskar Piastri başlayacaq. İkinci cərgədən Lando Norris və Corc Rassell, üçüncü cərgədən isə Lyuis Həmilton və Şarl Lekler start alacaqlar.

Elçin Zodorov

Şərh əlavə et