Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Stiv Nilsen Alpine-nin rəhbəridir

Alpine Formula 1 komandası Stiv Nilseni rəhbər olaraq transfer edib.

Kokpit.az bildirir ki, bununla da Oliver Ouksun əvəzedicisi tapılıb. 61 yaşlı Nilsen sentyabrın birindən etibarən yeni vəzifəsinə başlayacaq və komandanın gündəlik əməliyyatlarını idarə edərək Flavio Briatoreyə hesabat verəcək.

Qeyd edək ki, Nilsen 2005 və 2006-cı illərdə Renault komandasının İdman Direktoru vəzifəsində işləmiş və fransız komandası o illərdə ardıcıl iki dəfə Dünya Çempionu titulunu qazanmışdı.

Nilsen karyerası ərzində Lotus, Tyrrell, Honda, Arrows, Caterham, Toro Rosso və Williams komandalarında işləyib. Son illərdə isə FİA və FOM-un tərkibində fəaliyyət göstərib.

Alpine Nilsendən başqa bir neçə yüksək səviyyəli transferlər də edib. Ferrari-dən gələn Kris Midqli komandanın yeni aerodinamika rəhbəri olacaq. O, 2007-2013-cü illərdə Enstoun mərkəzli komandada işləmişdi.

Bundan başqa Visa-nın Avropa üzrə Sponsorluqlarına rəhbərlik edən Qay Martin Alpine-ə Qlobal Marketinq Direktor kimi qatılıb.

Rauf Hacıyev

Şərh əlavə et