Arvin Lindblad Yuki Tsunodanın maşınına əyləşib – Helmut Marko özünün ən perspektivli gənc pilotunu birbaşa Red Bull maşınında sınamağa qərar verib. Paul Aron isə Alpine ilə Sauber arasında olan razılaşmaya əsasən Niko Hülkenberqin maşınını sürüb.
Artıq cümə günündən trasda çoxlu tamaşaçı olub – bir çoxları cümə axşamı gəlib tras ətrafında düşərgə qurublar. Hava əla olub və həftəsonunun proqramı kifayət qədər dolu keçib.
Komandalar Britaniya mərhələsinə bir sıra yeniliklər gətiriblər və ilk sərbəst yürüşü onların effektivliyini yoxlamağa həsr ediblər. Bir çox komanda yeni altlıq gətirib – Red Bull isə yalnız Ferstappenin maşınında test edib və tam razı qalmayıblar. Ən çox yenilik Aston Martin tərəfindən gətirilib – komanda ev trasında ciddi irəliləyiş gözləyir.
Sessiya insidentsiz ötüşməyib. Pyer Qasli və Qabriel Bortoleto yerində fırlanıb, Karlos Sayns, Şarl Lekler və Luis Həmilton tras hüdudlarını aşıblar. Sessiyanın ikinci yarısında pilotlar Soft təkərlərə keçib və sürətlər artıb, amma ümumi temp ötən illə müqayisədə dəyişməyib.
Protokola Luis Həmilton başçılıq edib – onun ən sürətli dövrəsi 1:26.892 olub. Məşqlər bu gün davam edəcək.
Şərh əlavə et