İlk cəhdlərdən sonra Riçard Fersxur ikinci nəticəni göstərib. DAMS komandasında çıxış edən Cek Krouford isə sessiyanın ilk hissəsində üçüncü yerdə qərarlaşıb. Qeyd edək ki, Krouford ötən bazar günü rəqiblərinə verilmiş cəzalardan Avstriyada üçüncü yeri tutmuşdu.
Bir neçə dəqiqədən sonra sessiya qırmızı bayraqlarla dayandırılıb, çünki Rodin Motorsport komandasının pilotu Amori Kordil trasın ortasında dayanıb. Belçikalı pilot öz səhvi nəticəsində mübarizəni dayandırıb və digər sürücülər boksalara qayıdıblar. Bu zaman bəzi pilotlar hələ dövrəvi nəticəsi göstərə bilməmişdilər.
Tras təmizləndikdən sonra sessiya bərpa olunub. Çempionluq iddiasında olan və turnir cədvəlində ikinci yerdə qərarlaşan Aleks Dann üçüncü nəticə ilə Kroufordu arxada qoyub.
Toyota Gazoo Racing-in dəstəyi ilə çıxış edən Rito Miyata isə texniki problemlərə görə sessiyada iştirak edə bilməyib və kokpitdən çıxmalı olub.
Sessiyanın sonuna yaxın trasın vəziyyəti yaxşılaşıb və pilotlar nəticələrini təkmilləşdiriblər. Əvvəlcə liderliyə Cek Krouford yüksəlib, lakin bir qədər sonra Viktor Marten dövrəni 1:39.731-lik nəticə ilə tamamlayaraq zirvəyə çıxıb. Bir həftə əvvəl texniki səbəblərə görə diskvalifikasiya olunan Aleks Dann isə bu dəfə motivasiyalı çıxış edib və Martenin nəticəsindən cəmi 0.065 saniyə geri qalıb.
Nəticədə Viktor Marten mövsümdə ikinci, karyerasında isə altıncı poulunu əldə edib. Bazar günü keçiriləcək əsas yarışa onunla birinci cərgədən Aleks Dann başlayacaq. Maraqlıdır ki, Marten sıralanma turunda sürətli olsa da, Sürücülər Çempionatında doqquzuncu yerdədir.
Əsas yarışın ikinci cərgəsində Cek Krouford və Roman Stanek, üçüncü cərgədə isə Sebastyan Montoya yer alacaq – görünür, Formula 1-in keçmiş pilotu Xuan Pablo Montoyanın oğlu təcrübə qazandıqca tempini artırıb.
Şənbə günü keçiriləcək sprint yarışına Leonardo Fornaroli pouldan başlayacaq – Invicta Racing komandasının pilotu turnir cədvəlində dördüncü yerdə qərarlaşıb.
Şərh əlavə et