Xəbəri Kokpitdə Oxuyun!

Silverstounda hava dəyişkən olacaq

Britaniya Qran Prisi üçün ilkin proqnozlar yarış həftəsonu üçün dəyişkən hava vəd edir. Ənənəyə görə, Silverstounda ən azı bir gün yağış yağmalıdır.

Kokpit.az xəbər verir ki, cümə həftəsonunun ən isti günü olmalıdır – dəyişkən buludlu, yağıntısız hava və təxminən 25 dərəcə isti. Şənbə günü hava bir qədər soyuyacaq – gündüz 23 dərəcəyə qədər hərarət olacaq və yağış ehtimalı 40% -dir. Bazar günü isə havanın temperaturu bir qədər də aşağı düşəcək – temperatur gün ərzində maksimum 22 dərəcəyədək yüksələcək, yağıntı ehtimalı yenə 40%-dir.

Xatırladaq ki, keçən il də burada hava dəyişkən olmuş, xüsusilə də sıralanma turu və yarışda yağış görmüşdük.

Elçin Zodorov

Şərh əlavə et