Xəbəri Kokpitdə Oxuyun!

Əfsanələrin Yarışı – Gənclərin kumiri Elvin Xudaverdiyev

Bu həftəsonu bizi Bakı Sürət Festivalı gözləyir. Tədbir çərçivəsində biz drift şou, avtomobil sərgisi və US Legend Car-ların yarışını görəcəyik. Növbəti qonağımız isə Elvin Xudaverdiyevdir.

Elvin Xudaverdiyev – Futbolda Kristiano Ronaldonun populyarlığı nədirsə, Azərbaycanın Drift aləmində də Elvin Xudaverdiyevin populyarlığı odur. Bunun bir səbəbi var – Elvin qatıldığı hər yarışda trasa çıxarkən tribulara dolan azarkeşlərin coşması. Mən hələ Azərbaycanda başqa bir sürücünün belə qarşılandığını görməmişdim.

 

Biz Elvinə Driftin Şahı da deyə bilərik. Bunun səbəbi isə onun Drift üzrə Azərbaycan Çempionatında 6 dəfə birinci, 1 dəfə isə ikinci yeri tutmasıdır.

Elvin Red Bull Car Park Drift Azərbaycan yarışında da iştirak edib. O, 2023-cü ildə ikinci yeri tutaraq, medal kolleksiyasını artırıb.

34 yaşlı sürücü ölkədaxilində uğurlardan başqa Gürcüstanda da özünü göstərib. O, qonşu ölkədə dördüncü yeri tutub. Həmin yarışda onun maşınının 150 at qüvvəsi, rəqiblərininkinin isə 500-600 at qüvvəsi olduğunu düşünsək, bu əla nəticədir.

Elvin yarışmaqla yanaşı gənclərə drift üzrə dərslər də keçir və öz təcrübəsini gənc sürücülərlə bölüşür.


Rauf Hacıyev

Şərh əlavə et