Kokpit.az bildirir ki, Fransa mərkəzli Alpine komandası estoniyalı gənc pilotun Formula 1 təcrübəsi qazanması üçün Sauber ilə razılıq əldə edib. 2025-ci ildə Audi brendinə çevriləcək Sauber komandası bu mövsüm üçün rəsmi ehtiyat sürücüyə malik deyil və FIA-nın qaydalarına əsasən, hər komanda mövsüm ərzində ən azı dörd sərbəst yürüş sessiyasında gənc sürücü ilə iştirak etməlidir.
Beləliklə Pol Aron Britaniya Qran Prisinin ilk sərbəst yürüşlərində Nico Hülkenberqin əvəzi Sauber C45 bolidi ilə trasa çıxacaq. O, yay fasiləsindən əvvəl keçiriləcək Macarıstan Qran Prisində də eyni vəzifəni yerinə yetirəcək.
Sessiyalardan sonra Aron Alpine komandasındakı ehtiyat sürücü funksiyasını davam etdirəcək.
Qeyd edək ki, Sauber bu mövsüm üçün debütant pilot öhdəliyinin digər iki sessiyasınş braziliyalı sürücü Gabriel Bortoleto ilə tamamlayıb. Bortoleto Avstriya Qran Prisində 8-ci olaraq Formula 1 karyerasındakı ilk xallarını qazanıb.
Şərh əlavə et