Kokpit.az xatırladır ki, Formula 1 üzrə 2026-cı ilin Azərbaycan Qran Prisinin 25-27 sentyabr tarixlərində keçirilməsi gözlənilirdi. Lakin 27 sentyabr ölkəmizdə Anım Günü olduğu üçün yerli təşkilatçılarımız FOM-dan vaxtın dəyişdirilməsini tələb ediblər.
Beləliklə, 2026-cı ildə Azərbaycan Qran Prisi 24-26 sentyabr tarixlərində keçiriləcək. 24 sentyabrda birinci və ikinci sərbəst yürüşlər, 25 sentyabrda üçüncü sərbəst yürüşlər və sıralanma turu, 26 sentyabrda isə əsas yarış baş tutacaq.
Bununla da Azərbaycan yarışı 2026-cı il təqvimində yerli saatla şənbə günü keçirilən iki yarışdan biri olacaq. Digər yarış isə Las Veqasdır.
Bu dəyişiklikdən əlavə 2026-cı il mövsümünün qış testlərinin tarixi açıqlanıb. Beləliklə, növbəti mövsüm qış tesrləri 26-30 yanvarda Barselonada, 11-13 və 18-20 fevralda isə Bəhreyndə təşkil ediləcək.
Tarix | Ölkə | Tras |
6-8 Mart | Avstraliya | Melburn |
13-15 Mart | Çin | Şanxay |
27-29 Mart | Yaponiya | Suzuka |
10-12 Aprel | Bəhreyn | Saxir |
17-19 Aprel | Səudiyyə Ərəbistanı | Ciddə |
1-3 May | ABŞ | Mayami |
22-24 May | Kanada | Montreal |
5–7 Haziran | Monako | Monako |
12-14 İyun | İspaniya | Barselona |
26-28 İyun | Avstriya | Şpilberq |
3-5 İyul | Böyük Britaniya | Silverstoun |
17-19 İyul | Belçika | Spa |
24-26 İyul | Macarıstan | Budapest |
21-23 Avqust | Niderland | Zandfoort |
4-6 Sentyabr | İtaliya | Montsa |
11-13 Sentyabr | İspaniya* | Madrid* |
24-26 Sentyabr | Azərbaycan | Bakı |
9-11 Oktyabr | Singapur | Sinqapur |
23-25 Oktyabr | ABŞ | Ostin |
30 Oktyabr – 1 Noyabr | Meksika | Mexico City |
6-8 Kasım | Brezilya | San-Paulu |
19-21 Noyabr | ABŞ | Las Veqas |
27-29 Noyabr | Qətər | Luseyl |
4-6 Dekabr | Əbu Dabi | Yas Marina |
Şərh əlavə et