Kokpit.az xatırladır ki, braziliyalı sürücü yarışı elə başladığı yerdə – səkkizinci – bitirib.
Yarışdan sonra açıqlama verən Qabriel Bortoleto bu nəticənin onun üçün nə qədər dəyərli olduğunu vurğulayıb: “Əla hissdir. Günün sürücüsü seçilmək gözəldir, amma komanda üçün xal qazanmaq daha önəmlidir. Bu, hər kəsin inamı üçün böyük bir dəstəkdir”.
Bortoleto bildirib ki, iki pit-stop strategiyası ilə yarışıb və xüsusilə mavi bayraqlar səbəbindən müəyyən vaxt itkisi yaşayıb: “Mavi bayraqlar işimizi çətinləşdirdi, amma bunu öncədən təxmin etmək çətindir. Temp fərqləri və sıx mübarizə şəraitində bu normaldır. Fikrimcə, əlimizdən gələni etdik”.
Fernando Alonso ilə olan mübarizəni də şərh edən gənc pilot, bu mübarizənin onun üçün önəmli bir təcrübə olduğunu bildirib: “Çox əyləncəli idi. Doğrudan da sərt mübarizə apardıq. Xoşbəxtəm ki, toqquşmadıq – yoxsa bəlkə də evə qayıda bilməzdim”.
O, mavi bayraqları və yarışın tempini nəzarətdə saxlamağı çox yaxşı bilir. Onun təkərləri daha köhnə idi, amma məni iki dövrə ərzində arxasında saxlaya bildi. Bu da onun necə güclü bir sürücü olduğunu göstərir”.
Komanda yoldaşı Niko Hülkenberqin də xal qazanması ilə bağlı danışan Bortoleto bildirib ki, komandasının bu performansının təkcə bu trasa xas olub-olmadığını hələ müəyyənləşdirməyiblər: “Bir addım atdığımızı düşünürəm, amma bunun yalnız bu trasa aid olub-olmadığını Silverstounda görəcəyik.
Bu böyük irəliləyişdir, ancaq məqsədimiz aydındır: bir gün yarışlar qazanmaq və çempionluq uğrunda mübarizə aparmaq. Nə etməli olduğumuzu dəqiq bilirik”.
Sonda Fernando Alonsonun ona göstərdiyi dəstəyə də toxunan Bortoleto, bunları deyib:
“Avtomobildən enmədən öncə yanıma gəlib mənə sarıldı və dedi: ‘Sənin adından çox sevinirəm, ilk xallarını qazandın, əla iş gördün.’”.
Şərh əlavə et