Kokpit.az xatırladır ki, yarışın ilk dövrəsinin üçüncü döngəsinə girərkən Kimi arxa təkərlərini bloklayıb və Maks Ferstappenə çırpılıb. İnsidentə görə iki sürücü də mübarizəni dayandırıb.
Niderlandlı sürücü Avstriya yarışından sonra həftəsonu ərzində çəkdiyi çətinliklərdən danışıb: “Sıralama turunda olduğu kimi yarışda da bəxtimiz gətirmədi. Ümumilikdə bu həftəsonu tempimiz yaxşı deyildi. Öyrənməli olduğumuz çox şey var. Ümid edirəm, gələn həftə daha yaxşı ola bilərik. Amma bazar günü bizim üçün ideal deyildi”.
Red Bull-un mövsümün qalan hissəsi üçün gözləntilərindən danışan Maks Ferstappen bildirib ki, qazanmadıqları hallarda belə mübarizə ruhunu qoruyublar: “Hər zaman əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Mənim yanaşmam dəyişmir. Keçmişdə çox qələbə qazanmışıq. Bəzən qazana bilmədiyini qəbul etməlisən və biz sadəcə ən yaxşısını etməyə çalışacağıq”.
Çempionluq şansı ilə bağlı fikirlərini isə bu sözlərlə ifadə edib: “Ümid edirəm ki, artıq bu mövzu çox qabardılmayacaq”.
Ferstappen sonda Mercedes komandasının pilotu Andrea Kimi Antonelli ilə yaşadığı insident haqqında danışıb və hadisəyə anlayışla yanaşıb: “Düşünürəm ki, hər bir sürücü bu cür səhv etmişdir, heç kim bunu bilərəkdən etmir. Bu səbəbdən mənim üçün çox böyük bir problem deyil”.
Ferstappenin bu sözləri göstərir ki, Antonelli-yə qarşı sərt münasibətdə deyil və hadisəni yarışın bir parçası kimi qəbul edir.
Şərh əlavə et