Kanada yarışında ilk podiumuna yüksələrək hamının diqqətini cəlb edən italyan sürücü Red Bull Ring trasında bu uğurunu davam etdirə bilməyib və 3-cü döngədə mübarizəni dayandırıb.
İnsident zamanı Mercedes pilotunun gec əyləcə basdığı və bu səbəblə Ferstappenə çırpıldığı iddia edilsə də, Antonelli hadisənin arxa təkərlərin kilidlənməsindən qaynaqlandığını bildirib: “Əyləcə gec basmadım. Əyləclədiyim anda önümdəki sürücü ilə məsafə normal idi, lakin o anda arxa təkərlər kilidləndi və Maşını saxlaya bilmədim.
Arxa təkərlərin kilidini açmağa çalışdım və Lousona vurmamaq üçün sükanın yönünü dəyişdim, amma artıq çox gec idi, çünki avtomobil sürətlənməyə başlamışdı.
Ön təkərlər də kilidləndi və maşın yavaşlamaq yerinə daha da sürətləndi. Hadisənin qarşısını almaq artıq mümkün deyildi”.
Antonelli Ferstappendən rəsmi olaraq üzr istədiyini və səhvini qəbul etdiyini deyib:“Komandamdan və əlbəttə ki, Maksdan çox üzr istəyirəm. Bu böyük bsəhv idi. İndi irəli baxmalı və Silverstoun yarışına fokuslanmalıyıq. Kanadadakı kimi performans göstərmək və normal tempə qayıtmaq mənim üçün vacib olacaq”.
Şərh əlavə et