Kokpit.az xatırladır ki, Ferrari Avstriyaya altlıq yeniliyi ilə gəlib. Buna baxmayaraq templərində gözlənilən inkişaf olmayıb.
Komanda cümə və şənbə günləri keçirilən sərbəst yürüşlərdə geridə qalsa da, sıralanma turunda bir qədər yaxşı performans göstərib: Şarl Lekler yarışa ikinci, Lyuis Həmilton isə dördüncü yerdən başlayıblar.
Lakin Lekler yarışın startında Oskar Piastriyə keçilib və damalı bayrağı üçünxü yerdə görüb. Həmilton isə yarışı başladığı yerdə – dördüncü – bitirib.
Yarışdan sonra məyusluğunu gizlətməyən Şarl Lekler bu sözləri deyib: “Təəssüf ki, komanda olaraq tempimiz kifayət etmədiz
Birinci döngədə hücum etməyi düşünürdüm, amma Lando qapını bağladı. Bu isə Oskar üçün fürsət yaratdı
Onlar bizim üçün çox sürətli idilər vəmikinci yeri qoruya bilmədik. Bu səbəbdən üçüncülük ala biləcəyimiz ən yaxşı nəticə idi.
Heç nədən peşman deyiləm. Əlimizdən gələni etdik, amma temp baxımından yetərli deyildik.
Nəticə olaraq daha çox temp” ehtiyacımız var. Bu həftəsonu bəzi yeniliklər gətirdik və bunlar bizə bir addım atdırdı.
Amma bu fərqi bağlamaq üçün müəyyən istiqamətdə inkişaf etməliyik”.
Şərh əlavə et