Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Vassyör Avstriya yarışında olmayacaq

Ferrari-nin mətbuat katibi komanda rəhbəri Frederik Vassyörün “şəxsi səbəblərə görə bu gün trasda olmayacağını və evinə dönməli olduğunu” təsdiqləyib.

Kokpit.az bildirir ki, bununla da fransalı mütəxəssis 2023-cü ildə Ferrari-yə rəhbər olduqdan sonra ilk dəfə bir yarışda iştirak etməyəcək.

Vassyörün yoxluğunda komandaya Jérôm D’Ambrosio rəhbərlik edəcək.

Xatırladaq ki, bugünkü yarışa Şarl Lekler və Lyuis Həmilton müvafiq olaraq ikinci və dördüncü yerdən yarışa başlayacaqlar.

Həmilton Ferrari-yə keçdikdən sonra Avstriyada ən yaxşı sıralanma turunu keçirib. O, bundan əvvəl Çin, İspaniya və Kanada Qran Prilərində beşinci yerdən start almışdı.

Frederik Vassyörün gələn həftə Silverstounda keçiriləcək Britaniya Qran Prisində iştirak edib-etməyəcəyi isə hələlik naməlum olaraq qalır.

Rauf Hacıyev

Şərh əlavə et