Kokpit.az xatırladır ki, avstraliyalı sürücü yarışa üçüncü yerdən başlasa da, startda Lekleri geridə qoyub və ikinci yerə yüksəlib. Bundan sonra bir neçə dəfə liderlik uğrunda mübarizə üçün Lando Norrisə hücumlar etsə də, nəticəsiz qalib. Yekunda Oskar yarışı ikinci yerdə bitirib.
Oskar Piastri: “Gərgin yarış idi. Ümid edirəm izləyənlər üçün maraqlı olub, çünki kokpitdən baxanda həqiqətən çox çətin idi.
Əlimdən gələni etdim. Amma bəlkə də qısa müddətlik liderliyi ələ keçirdiyim anı bir az daha yaxşı dəyərləndirə bilərdim. Buna baxmayaraq gözəl mübarizə idi. Bəzi anlarda limitdə idik və yəqin ki, o limiti bir az da aşdıq.
Komandaya təşəkkür edirəm. Bir-birimizlə bu qədər sərt mübarizə apararkən tempimizi qoruya bilmək doğrudan da təsirli idi. Belə bir maşına sahib olduğumuz üçün komandaya nə qədər təşəkkür etsəm azdır.
Bu həftəsonu ərzində tempimizin yaxşı olduğunu hiss edirdim. DRS məsafəsində qala bildiyim müddətdə özümü çox yaxşı hiss edirdim. Amma ilk pit-stopdan sonra geriyə düşdüm və ondan sonra yenidən yaxınlaşmaq həqiqətən çətin oldu.
Bəzi məqamları yenidən araşdıracağıq. Görək bəzi şeyləri daha yaxşı edə bilərdikmi? Onları yoxlayacağıq”.
Şərh əlavə et