Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Bunu gözləyirdik

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, sıralanma turunda beşinci yer gözlədiyi nəticə olub.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Avstriyada keçirilən sıralama turunda sabiq komanda yoldaşı Lyuis Həmiltonun gerisində qalaraq beşinci yeri tutub.

Corc Rassell sıralanma turundan sonra bildirirb ki, Red Bull Rinq trası komandanın zəif tərəflərini üzə çıxarıb və daha yaxşı nəticə əldə etmək mümkün olmayıb: “Bundan daha artığını əldə edə biləcəyimizi düşünmürəm.

Nəticədə biz maşının güclü və zəif tərəflərini bilirik. Hava isti olanda, asfalt təkərləri çox yeyəndə və yüksək sürətli döngələr bizim üçün ciddi formada mənfi təsir yaradır.

Bu cür traslarda McLaren kimi komandalar ön plana çıxır. Lando bu gün poul dövrəsi ilə əla iş gördü, amma düzünü desəm, beşinci yer gözlədiyimiz nəticə idi”.

Sıralama turumdan sonra “pitdən təhlükəli çıxış”la bağlı açılan araşdırmaya barəsə də fikir bildirən Russell belə danışıb: “F1-də həmişə bir kor nöqtə olur, güzgülərdən hər yeri görə bilmirsən.

Bu səbəbdən sizə verilən məlumatlara tam şəkildə güvənirsiniz. Hər kəs eyni anda pitdən çıxanda isə Meksika xaosu yaranır və nə etmək mümkündürsə, o qədərini edə bilirsiniz. Bu məsələdə ciddi bir problem olacağını düşünmürəm”.

Rauf Hacıyev

Şərh əlavə et