Kokpit.az bildirir ki, Ferrari komandası Red Bull Rinq trasına gövdə, saydpod sistemləri, altlıq qanadları və tamamilə yenilənmiş altlıq gətirib.
Komandanın hədəfi bu yeni altlıqla aerodinamikanı artırmaq idi. Lakin Şark Lekıer vahid dövrədə zəif görünüb. Ancaq o, yarış tempində pis performans göstərməyib. Monakolu sürücü ikinci sərbəst yürüşlərdə lider Norrisdən 0.6 saniyə geridə qalıb. Lekler xüsusilə altıncı və yeddinci döngələrdə McLaren-lərə qarşı çox xal itirib.
Həmilton isə yavaş döngələrin çıxışlarında Leklerə nisbətən yaxşı təsir bağışlayırdı. Ancaq o da ümumi nəticəyə görə geridə qalıb.
Birinci sərbəst yürüşlərdə SF-25-in sükanı arxasına Dino Beqanoviç keçdiyi üçün Lekler kənarda gözləyib. Həmilton isə birinci sərbəst yürüşlərdə ötürmələr qutusu ilə bağlı problem yaşayıb və yarış tempində işləyə bilməyib.
Şarl Lekler: “Birinci sərbəst yürüşlər ikinciyə o qədər də təsir etmədi. Trasa tez uyğunlaşdım, amma maşının verdiyi hiss baxımından özümü rahat hiss etmirdim
Görməli olduğumuz kifayət qədər iş var. Performans hazırda istədiyimiz səviyyədə deyil, amma ümid edirəm ki, bir addım ata bilərik.
Yarış tempində vəziyyət bir qədər yaxşıdır. Ən sürətli komandalarla oxşar tempdə idik. Amma hər şey o qədər yaxındır ki, əgər sıralama turunda 6-cı və ya 7-ci yerdən başlasanız, yarışda yüksəlmək çox çətinləşir.
Yeni altlıq telemetriyada gözləniləni verdi, amma fərqi hiss etmək asan deyil. Yenilik gələndə insanlar dərhal böyük dəyişiklik gözləyirlər, amma burada çox incə fərqlərdən söhbət gedir. Əgər birinci sərbəst yürüşü buraxmısınızsa və əlinizdə müqayisə üçün baza yoxdursa, fərqi hiss etmək çətin olur”.
Lyuis Həmilton: “Cümə günü səhər ötürmələr qutusu ilə bağlı bir problem yaşadıq. Bu hər kəs üçün çətin idi və boksdakı komanda üzvləri üçün olduqca əsəbedici vəziyyət idi. Amma komanda möhtəşəm iş gördü.
Cəmi bir dövrə ata bildik, bu səbəbdən yarış tempində işləyə bilmədik. Amma ötürmələr qutusunun dəyişdirilməsi məsələsində doğrudan da əla iş gördülər və bizi ikinci sərbəst yürüşlərə hazır etdilər”.
Amma Şarl 0.6 saniyə geridə idi, mən isə demək olar ki, 1 saniyəlik fərqlə. Bu, heç də ideal deyil. Bəzi dəyişikliklər edəcəyik, amma ön sıralarda olmayacağımız dəqiqdir.
“Bu altlığı gətirmək üçün böyük zəhmət çəkilib, amma gördüyünüz kimi, bu bizim rəqabət gücümüzü artırmaq üçün kifayət etmir. Maşın pis hiss etdirmir, lakin temp baxımından hələ də böyük fərq var”.
Şərh əlavə et