Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Həmişə mübarizə apardıq

Ferrari komandasının sürücüsü Avstriya Qran Prisinin sıralanma turunda ikinci yeri tutaraq, uzun müddətdən sonra ilk dəfə ilk cərgədən başlamaq şansı qazanıb.

Kokpit.az bildirir ki, Ferrari Şpilberqə yeniliklərlə gəlmişdi. Monakolu sürücü sıralanma turundan sonra komandasının əzmini tərifləyib və yaxşı nəticədə yeniliklərin təsiri olduğunu deyib.

Şarl Lekler: “Çox razıyam. Uzun müddət idi ki, ilk cərgədən başlamırdıq. Mövsüm ümumilikdə çətin keçdi, amma həmişə mübarizə apardıq.

Bu həftəsonu bəzi yeniliklər gətirdik və qətiliklə fərq yaratdılar, çünki aradakı fərqlər çox azdır”.

Şarl Lekler əlavə edib ki, onlar yarış tempində güclü görünüblər. Buna görə də yarışda McLaren-ə qarşı mübarizə aparmaq şansları var: “Yarış tempimiz sıralanma tempimizə nisbətən daha yaxşıdır. Buna görə də ümid edirəm ki, McLaren-ə qarşı mübarizə apara bilərik.

Landonun dövrəsini bizim maşınımızla göstərmək çətin olardı, amma bunu onun əziyyətini yerə vurmaq üçün demirəm. Doğrudan da əla iş gördü. Onu təbrik edirəm. Layiq idi. Sabah onun işini çətinləşdirməyə çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et